Bu Blogda Ara

28 Eylül 2010 Salı

UÇAN SİNCABLAR

Sincablar, daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 sm-dir.Bədənlərinin  arxasında, az qala öz boyları qədər uzun, geniş və gur tüklərdən ibarət quyruqları vardır. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan-ağaca tullanar...

Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab bir budağın üstündə qaça bilər, baş aşağı yellənə bilər və o şəkildə irəliləyə bilər. Xüsusilə boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı bir başqa ağacın budağına belə rahatlıqla tullana bilərlər. Havada uçarkən də qollarını və qıçlarını açaraq sanki bir planer kimi hərəkət edərlər. Bu əsnada yastılaşan quyruqları isə həm tarazlıqlarını təmin edər həm də istiqamətlərini nizamlayan bir sükan funksiyası yerinə yetirər. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa buraxıb dörd ayaq üzərinə yerə yumşaq eniş edə bilərlər.


Yaxşı amma sincab bu  cür çətin hərəkətləri necə bacarır?

Bütün bunlar sincabın arxa ayaqlarını, məsafələri çox yaxşı nizamlaya bilən iti gözlərini, güclü pəncələrini və tarazlıq qurmasına yarayan quyruğunu istifadə etməsi sayəsində olur. Yaxşı heç düşündünüzmü, sincaba bu xüsusiyyətləri verən kimdir? Sincab bu şəkildə yaşaması lazım olduğunu haradan bilməkdədir? Sincablar ağacdan ağaca atlarkən məsafələri necə nizamlaya bilməkdədirlər?

Əlbəttə bunları edən sincabların özləri deyil. Heç şübhəsiz bu sevimli heyvanları sahib olduqları bütün xüsusiyyətlərlə birlikdə yaradan və onlara bunları istifadə etməyi öyrədən Yaradıcımız olan Allahdır.

Hiç yorum yok:

Yorum Gönder