Bu Blogda Ara

28 Eylül 2010 Salı

POLYPHEMUS GÜVƏSİNİN HEYRAN BURAXAN XÜSUSİYYƏTLƏRİ



Polyphemus güvəsinin erkəkləri  geniş, tüklü duyğu orqanlara malikdir. Bu duyğu organları  bir dişi güvənin qoxusunu bir neçə kilometr uzaqdan fərq edebiledecek qədər həssasdır. Hətta dişi, saatda yalnız 1 qramın milyardda biri qədər qoxu ifraz etsə belə erkək güvələr bunu fərq etməkdə çətinlik çəkə  bilməzlər. Güvənin qoxu alma  duyğusunun bu qədər təsirli olmasının bir səbəbi, hər bir duyğu orqanınln  təxminən 17.000 tükcüyə sahib olmasıdır. Hər bir tükcük də, minlərlə qoxu alma qabiliyyətinə malikdir. Bu xüsusi dizayn güvələrin qoxu alma həssaslığını inanılmaz dərəcədə artırar.

UÇAN SİNCABLAR

Sincablar, daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 sm-dir.Bədənlərinin  arxasında, az qala öz boyları qədər uzun, geniş və gur tüklərdən ibarət quyruqları vardır. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan-ağaca tullanar...

Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab bir budağın üstündə qaça bilər, baş aşağı yellənə bilər və o şəkildə irəliləyə bilər. Xüsusilə boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı bir başqa ağacın budağına belə rahatlıqla tullana bilərlər. Havada uçarkən də qollarını və qıçlarını açaraq sanki bir planer kimi hərəkət edərlər. Bu əsnada yastılaşan quyruqları isə həm tarazlıqlarını təmin edər həm də istiqamətlərini nizamlayan bir sükan funksiyası yerinə yetirər. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa buraxıb dörd ayaq üzərinə yerə yumşaq eniş edə bilərlər.

BÖCƏKLƏR DÜNYASINDAKI KAMUFLYAJÇILAR

Böcəklər də həm özlərini qorumaq həm də asan ovlanmaq üçün kamuflyaj  üsullarından istifadə edərlər. Bəzi böcəklər özlərini bir yarpağa bənzədərlər. Bu bənzərlik o,qədər  mükəmməldir ki, yarpağın formasından üzərindəki damarlara qədər heç bir detal əskik buraxılmamışdır. Bəzilərinin qanadında saralmış bir yarpağın üzərindəki çürüklərə, ləkələrə bənzəyən naxışlar belə vardır, bəzisi isə özünü bir hissəsi qopmuş yarpaq şəklinə soxmuşdur. 


İndi, bu canlılardakı kamuflyaj dizaynı üzərində bir az düşünək. 

BÖYÜK KAMUFLYAJ USTASI: BUKALEMUN

Kamuflyaj sənətinin ən böyük ustalarından biri şübhəsiz bukalemundur. Bukalemun xüsusilə bu rəng dəyişdirmə qabiliyyətinə görə heyran edicidir. Digər bir çox sürünən də rəng dəyişdirmə qabiliyyətinə sahib olduğu halda, heç biri bunu bukalemun qədər sürətli bacara bilməz. 


Bukalemun istədiyi anda üzərində olduğu zəminin rəngini alar və beləcə özünü gizləyər. Özünü etibarlı hiss etdiyində isə, dərisinə müxtəlif rənglər verərək sanki bir sənət nümayişi etdirər. 




Bukalemunun bu heyran edici  qabiliyyəti, bədənində yaradılan və rəngə həssas xüsusi hüceyrələrə görədir. Bu son dərəcə kompleks hüceyrələr, özlərinə gələn işığa görə pigmentlerini nizamlamaqda, həm də bunu fövqəladə bir sürətdə etməkdədirlər. Bu kompleks quruluş, heç bir təsadüflə açıqlana bilməz. Keçmişdə bir bukalemunun belə bir sistemə ehtiyac duyduğu, sonra bunu düşünüb hazırladığı və öz bədəninə yerləşdirdiyi də iddia edilə bilməz. Bukalemunun rəng dəyişdirmə qabiliyyəti yaradılışın açıq bir dəlilini meydana gətirir. 


Bu nümunələrlə Allah bizə üstün  sənətinin bir nümunəsini göstərməkdədir. Bir Quran ayəsində buyurulduğu kimi, Allah qüsursuzca yaradandır: 




 O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!(Həşr,24)
 

KAMUFLYAJ USTASI KƏPƏNƏKLƏR





Kəpənəklərdəki Yalançı Gözlər


Bir çox kəpənəyin üzərində böyük bir canlının gözlərini xatırladan tünd rəngli yumru naxışlar vardır. Qanadların üzərindəki rəngli pulcuqlarlardan meydana gələn bu gözlər kəpənəklərin ən əhəmiyyətli müdafiə etmə mexanizmini meydana gətirərlər. Kəpənəklər istirahət edərkən qanadlarını  bağlı vəziyyətdə  tutarlar, hər hansı bir düşmənlə qarşılaşanda ya da kiçik bir doxunuş nəticəsində qanadlar ani olaraq açılar və qanad zəminindəki iri və tünd rəngli parlaq göz naxışları ortaya çıxar. Bu sayədə düşmənə lazım olan mesaj çatdırılmış olar.


Kəpənəklərin Kamuflyajı
Kəpənəklərin saxta gözlər xaricində kamuflyaj qabiliyyətləri də heyranedicidır. Kamuflyaj edən kəpənəklər  her hansi bir çalının  rəngini görməkdə, təsbitlər edib, bunları analiz etməkdə, çox yaxşı işləyən bir sistemlə bədənlərində çıxardıqları rənglərlə çalının rənginə bürünməkdə, düşməninin zövqlərindən xəbərdar olan başqa bir növsə onun xoşuna gəlməyəcək rənglərə bürünərək xəbərdarlıq mesajları verməkdədir. Daha doğrusu bir kəpənəyin saydığımız bütün bu əməliyyatları etməsi əsla mümkün deyil. Bunu belə bir örnəklə diqqətə çarpanlaşdıra bilərik:


Bir laboratoriya mühitində hər hansı bir rəngi meydana gətirməyə çalışdığınızı düşünün. Bu haqda heç məlumatınız yoxsa, olduğunuz laboratoriya nə qədər inkişaf etmiş alətlərlə ya da imkanlarla dolu olursa-olsun istədiyiniz kimi qəti bir nəticə əldə edə bilməyəcəksiniz. Buraxın kəpənəklərin etdiyi kimi mühitlə eyni rəngi, eyni naxışları meydana gətirib, tamamilə görünməz hala gələcək bir keyfiyyəti tutuşdurmağı, hər hansı anlamlı bir rəng belə meydana gətirə bilməzsiniz. Vəziyyət beləykən kəpənəklərdəki bu böyük sistemin şüurlu bir dizaynın xaricində, təsadüflərlə meydana gəldiyini iddia etmək əlbəttə ki elmilikdən uzaq və ağıldan kənar bir iddia olacaq.


Ortada bir dizayn varsa, onun bir hazırlayıcısı da vardır. Yer üzündəki qüsursuz dizayn Rəhman olan Allaha aiddir. Ağıl sahibi insanlara düşən Allahın yaratması üzərində ətraflı  olaraq düşünməkdir. Allah Nəhl Surəsində belə bildirməkdədir:

CANLILARDAKI MÜKƏMMƏL MÜDAFİƏ ETMƏ SİSTEMİ---- KAMUFLYAJ

Hər canlı, özünü müdafiə edə biləcəyi fərqli qabiliyyətlərlə birlikdə var edilmişdir. Kimisi çox sürətli və çevikdir; düşmənlərindən qaçaraq xilas olar. Kimisi yerindən tərpənə bilməz, amma möhkəm zirehlərlə təhciz olunmuşdur. Kimisi, özünü ilana bənzədən tırtıl kimi fövqəladə "qorxutma" bacarıqlarına malikdir. Bir qisimi də, ölü təqlidi edə biləcək qabiliyyətdə yaradılmışdır.


Kamuflyaj Allahın yaratdığı kainatda heç bir 'ziddiyyət və uyğunsuzluq ' olmadığını və ONun güc, ağıl və elminin sonsuz olduğunu göstərən nümunələrdən yalnız hissəsidir. Mülk Surəsində Allah kainatdakı qüsursuz uyğunlaşmanı belə ifadə etmişdir:


"Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb  bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!(Mülk Surəsi, 3-4)


Heyvanlardakı müdafiə etmə taktikalarının ən əhəmiyyətlilərindən biri şübhəsiz ki kamuflyajdır. Kamuflyaj edən canlılar yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılan bədən strukturları ilə sanki xüsusi bir qoruma altına alınmışlar. Bu canlıların bədənləri olduqları mühitlə o qədər uyğundur ki, şəkillərinə baxıldığında bəzilərinin bir bitkiyəmi yoxsa bir heyvanamı aid olduğunu anlamaq ya da eyni mühitdə olan heyvanla bitkini bir-birindən ayırt edə bilmək haradasa qeyri-mümkündür. 

CANLILARDALKI MÖHTƏŞƏM BİRLİK

Canlıların təhlükə halında bir yerə yığılmalarını özbaşlarına reallaşdırdıqlarını söyləmək ağıl sahibi bir insan üçün mümkün deyil. Bu canlıların hər birinə sahib olduqları qabiliyyətləri verən və necə davranacaqlarını ilham yoluyla öyrədən Allahdır.

Heyvanların birlik halında yaşamaqlarının  ən böyük üstünlüklərdən biri, təhlükələrə qarşı daha çox qorunma təmin edilməsidir. Çünki birlik içində yaşayan heyvanlardan hər hansı biri təhlükəni sezdiyində səssizcə hadisə yerindən qaçmaq yerinə var gücüylə ətrafındakı digər heyvanları da xəbərdar edər. Hər bir canlı növünün özünə xas bir xəbərdarlıq  üsulu  vardır. Məsələn dovşanlar  bəzi marallar təhlükəni sezdiyində ətrafındakı heyvanları xəbərdar etmək üçün dovşanlar quyruqlarını dikəldər,ceyranlar isə  maraqlı bir tullanma hərəkəti edərlər.

Bir çox kiçik quş, düşmənlərini fərq etdiyində dərhal ötərək həyəcan verər. Sarı asma quşu kimi növlər həyəcan verərkən dar tezlik aralığı olan və yüksək pərdədən bir səs çıxardır. İnsan qulağı bunu incə bir fit kimi qəbul edər. Bu səsin ən əhəmiyyətli xüsusiyyəti isə qaynağının istiqamətinin aydın olmamasıdır. Bu, sürüsünü xəbərdar edən quş üçün əhəmiyyətli bir üstünlükdür. Çünki quş əslində düşməni gördüyündə qışqıraraq bütün diqqəti üzərinə çəkməyi gözə alar,amma səsin istiqaməti müəyyən olmadığı üçün təhlükə nisbətən azalmaqdadır.

Kaloniyalar halında yaşayan böcəklərdə də, təhlükəni ilk sezən böcək bütün kaloniyanı xəbərdar edər. Ancaq təhlükəni xəbər verən böcəyin ifraz etdiyi həyəcan qoxusu düşmənin də diqqətini çəkər. Bu səbəbdən kaloniyasını təhlükəyə qarşı xəbərdar edən böcək ölümü də gözə almış olar.

CANLILAR...

Yer üzündə var olan bütün canlılar törəmələrindən, qorunmalarına,
bəslənmə şəkillərindən özlərinə tikdikləri yuvalarına  qədər
saysız üstün xüsusiyyətlərlə təchiz edilmişlər. Kimi bir memar kimi yuvasını
tikər, kimi bir kimyagər kimi düşünərək ən ideal istilətməyi təmin edər,
kimi isə gerçək bir kamuflyaj ustasıdır. Bu canlıların həyatları araşdırıldığında
isə, həm fiziki xüsusiyyətlərinin həm də davranışlarının
bir-biriylə və yaşadıqları mühitlə tam bir uyğunlaşma içərisində olduğu görülər


Bu canlıların hər birində çox üstün bir ağılın və çox böyük bir
elmin açıq dəlilləri görülməkdədir. Təbiətin hamısında sərgilənən bu
ağıl və mükəmməl uyğunlaşma, kainatdakı hər şeyin Yaradıcısı olan Allaha
aiddir. Allahın qüsursuz yaradışı bir Quran ayəsində belə bildirilir:


O,  yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar  ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!(Həşr Surəsi, 24)


Ağıl və vicdan sahibi hər insan Allahın yaratdığı hər canlıda
Allahın ağılının, gücünün və elminin əks olunmalarını görəcək və beləliklə
Allahın sonsuz elmini və sonsuz gücünü daha yaxşı təqdir edə biləcək.
Allah bir ayədə kainatda yaratdığı varlıqlardan bəzilərini
ifadə etdikdən sonra bunların hər birini Rəbbinə tərəf dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.  (Qaf Surəsi, 8)



Kainatdakı qüsursuz nizamın, bitkilərdəki və heyvanlardakı
bənzərsiz sistemlərin, dənizlərdə var
olan canlıların, göydə uçan quşlarınn qısacası her şeyin
çox əhəmiyyətli yaradılış səbəbi vardır. Onlar bizə,onları yaradan Allahı tanıtdıran dəlillərdir Allah bütün yaratdıqlarnı, düşünmemiz və bunun nəticəsində
də Özünü tanımamız, ONun ucalığını və üstün gücünü dərk etməyimiz üçün yaratmışdr.