Bu Blogda Ara

11 Ekim 2010 Pazartesi

YARASALARIN MÖHƏTƏŞƏM RADARLARI




Bu təcrübələrin ilkində, yarasa tamamilə qaranlıq bir otağa buraxılmış, eyni otağının bir ucuna isə yarasanın qidası olan bir ağcaqanad yerləşdirilmişdir. Bu andan etibarən otaqda olub bitənlər, qaranlıqda da görmə qabiliyyəti olan kameralarla izlənilmişdir. Təcrübədə ağcaqanad havalanar havalanmaz yarasanın dərhal hərəkətə keçərək ağcaqanadı ovladığı görülmüşdür. Bu təcrübənin sonunda yarasaların qaranlıqda belə işləyən çox iti bir qəbul etmə qabiliyyəti olduğu nəticəsinə gəlmişlərr. Görəsən yarasanın bu qəbul etməsi, eşitmə duyğusundanmı, yoxsa gecə görmə sistemindənmi qaynaqlanmaqdadır?


Bu sualı cavablandırmaq üçün ikinci bir təcrübə daha edilmişdir. Eyni otağının bir küncünə bir qrup tırtıl buraxılaraq üzərləri bir qəzet səhifəsi ilə örtülmüşdür. Təcrübədə sərbəst qalan yarasa, heç zaman itirmədən, yerdəki qəzet səhifəsini qaldıraraq tırtılları yemişdir. Bu təcrübə, yarasanın istiqamət tapma qabiliyyətinin görmə duyğusuyla əlaqədar olmadığını göstərməkdədir.


Elm adamları yarasalarla əlaqədar təcrübələrinə davam etdilər. Yeni təcrübə uzun bir koridorda reallaşdırıldı. Bu dəfə bir uca yarasa, digər uca isə yem olaraq bir qrup kəpənək yerləşdirildi. Ancaq bundan əvvəl koridoru dikləməsinə kəsən, bir-birinə paralel divarlar düzəldildi. Daha sonra da bu divarların hər birinin fərqli bir nöqtəsinə də, ancaq bir yarasanın keçə biləcəyi qədər genişlikdə bir deşil açıldı. Amma deşiklər hər divarın fərqli bir nöqtəsində idi. Yəni yarasanın bu divarları keçə bilməsi  üçün sanki "slalom" yarışı edən xizəkçilər kimi davamlı manevr etməsi lazım idi.


Bu təcrübədə yarasanın zülmət qaranlıq olan koridorda, ilk divara yaxınlaşdığında düz dəliyə doğru hərəkət edərək buradan asanlıqla keçdiyi müşahidə edilmişdir. Bundan sonrakı hər divarda eyni şey təkrarlanmışdır. Yarasa divara dəymək bir tərəfə, divar səthindəki dəliyi axtarışa belə ehtiyac duymamışdır. Son divarı da rahatlıqla keçən yarasa, tutduğu kəpənəklərlə qarınını doyurmuşdur.



Bu vəziyyət qarşısında heyranlıqlarını gizləyə bilməyən elm adamları, yarasanın qəbul etməsindəki həssaslığı anlamaq üçün son bir təcrübə daha etməyə qərar vermişlər. Bu dəfə məqsəd yarasanın qəbul sərhədlərini daha qəti bir şəkildə təyin etmək idi. Yenə uzun bir tunel hazırlanmışdır. Tunel boyunca 0.6 mm qalınlığındakı polad tellər tavandan yerə enəcək şəkildə dağınıq bir tərzdə gərilmişdir. Bu dəfə yarasa, təcrübəni edənləri bir dəfə daha çaşdıraraq, gərili tellərdən heç birinə ilişmədən, tək səfərdə aralarından keçərək səfərini müvəffəqiyyətlə tamamlamışdır. Yarasanın bu müvəffəqiyyəti, 0.6 mm qalınlığındakı telləri belə uzaqdan qəbul edə bildiyini göstərmişdir.


Yarasanın bu möhtəşəm qəbul etmə qabiliyyəti, sahib olduğu bir sonar sisteminə bağlıdır. Yarasa, ətrafındakı cisimləri qəbul etmək üçün, yüksək titrəşməli səs dalğaları yayar. İnsanlar tərəfindən eşidilə bilməyən bu dalğaların əks-sədaları yarasa tərəfindən qəbul edilər və beləcə heyvan,  olduğu mühitin bir növ "xəritə"sini çıxarar. Yarasanın havada uçan kiçik bir ağcaqanadı görməsi, çıxardığı səslərin ağcaqanada dəyib geri dönməsiylə yaranan əks-sədaya əsaslanmaqdadır. 


Yarasanın sonarla istiqamət tapması, yaydığı səslərin özünə geri dönmə müddətini hesablaması sayəsində mümkün olmaqdadır. Yarasa tiz səsli qışqırıqlar çıxarmaqla və özünə gələn əks-sədalara görə otağının şəklini müəyyən etməkdədir. Yarasanın qışqırığı otaq zəmininə çarpıb geri dönməkdə, yarasa da bu gedib-gəlmə müddətinə görə zəminin uzaqlığını anlamaqdadır. Tırtıl isə, otağının zəmini üzərində 0.5 ya da 1 sm. qədər yüksəklik meydana gətirər. Yəni tırtıl yarasaya zəminin ümumisindən 0.5 ya da 1 sm. qədər daha yaxındır. Ayrıca tırtıl çox yavaş olsa da hərəkət etməkdə, bu da özünə çarpıb əks olunan dalğaların tezliyini dəyişdirməkdədir. Yarasa, bu kiçik fərqləri belə qəbul edərək yerdə bir tırtıl olduğunu anlaya bilməkdədir. Yarasa bu işi edərkən hərəkət halındadır. Yarasanın beləsinə bir hesab edə bilməsi möcüzəvi bir davranışdır.


Fizika qaydalarına görə, hərəkət halındakı bir cisimə dəyən səsin tezliyi dəyişər. Buna görə, yarasa özündən uzaqlaşmaqda olan bir ağcaqanada doğru səs dalğaları yaydığında, dönən səs dalğaları yarasanın eşidə bilməyəcəyi bir aralığa düşəcək. Bu səbəblə yarasanın hərəkətli cisimləri qəbul etmədə böyük çətinliklər yaşaması lazımdır.


Ancaq yarasalarda vəziyyət belə olmaz. Yarasa, bu qaydası əvvəldən bilərcəsinə, hərəkətli cisimlərə doğru göndərdiyi səs dalğalarını nizamlamaqdadır. Məsələn yarasa özündən uzaqlaşan ağcaqanada ən yüksək tezlikli səs dalğasını göndərər. Bunun səbəbi səs geri döndüyündə eşidə bilməyəcəyi qədər aşağı bir tezliyə enməməsini təmin etməkdir.


Yarasanın beynində, sonar sistemini nəzarət edən iki fərqli tipdə sinir hüceyrəsi var. Bunlardan biri əks olunan ultrasonu qəbul edərkən, digəri bəzi əzələlərə əmr verərək yarasanın qışqırığını əmələ gətirməkdədir. Bu iki sinir hüceyrəsi beyində bərabər vəziyyət çalışmaqdadır. Yarasanın qışqırığı olduğu  mühitin vəziyyətinə görə tezlik dəyişdirər. Bu şəkildə yarasanın ehtiyacına ən uyğun şəkildə istifadə edilmiş olar.


Yarasadakı sonar sistem son dərəcə kompleks bir quruluşdur. Sistemin işləyə  bilməsi üçün bütün detalların qüsursuz bir şəkildə var olması zəruridir. Bunun üçün, yarasanın eyni anda həm yüksək tezliklərdə səs yayacaq quruluşa, həm bu səsləri qəbul edib analiz edəcək orqanlara, həm də hərəkət dəyişikliklərinə görə tezlik nizamlaması edən sistemə sahib olması lazımdır.


Elm adamlarının uzun araşdırmalar nəticəsində ortaya çıxars bildikləri  yarasanın bütün bu xüsusiyyətlərini yaradan aləmlərin Rəbbi olan Allahdır. Ətrafımızda gördüyümüz və xüsusiyyətlərini öyrəndiyimiz bütün varlıqlar bizə Allahın üstün yaradışındakı mükəmməlliyi göstərməkdədir. Allahın qüsursuz yaradışı Quranda bu şəkildə bildirilmişdir:


 O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!(Həşr Surəsi, 24)

Hiç yorum yok:

Yorum Gönder