Bu Blogda Ara

1 Ekim 2010 Cuma

SONAR SİSTEMİ İLƏ GÖRƏN CANLILAR....





Səs və təzyiq dalğalarını istifadə edərək obyektlərin yerini təsbit etmə texnologiyası 20-ci əsrdə inkişaf etdirilmişdir. Bu texnologiya, hər nə qədər döyüşdə istifadə edilmək məqsədiylə inkişaf etdirilmişsə də, indiki vaxtda batmış gəmilərin yerlərini təyin etmə ya da dəniz dibi xəritələrinin çıxarılması kimi məqsədlərlə istifadə edilməkdədir,ancaq təbiətdəki canlılar bundan milyonlarla il əvvəl, hələ insanlar bu sistemləri kəşf etməmişkən, ətrafa yayılan səs dalğalarını istifadə edir və bu sayədə həyatlarını davam etdirirdilər.
Məsələn delfinlər, yarasalar, balıqlar və güvələr yaradıldıqları ilk andan bəri "sonar" adı verilən bu sistemə sahib olan canlılardandır. Üstəlik bu sistemlər bu gün bizim istifadə etdiklərimizdən çox daha həssas və rahatdır. 

Delfinlər  başlarında olan "melon"  adındakı xüsusi bir orqandan sıxlığı saniyədə 200 min titrəşimə çatan səs dalğaları yollayarlar Bu canlı, başını hərəkət etdirərək dalğaları istədiyi tərəfə doğru istiqamətləndirə bilər. Yayılan səs dalğaları bərk  bir cisimə dəyərək  delfinə geri dönər. Balığın alt çənəsi qəbuledici funksiyası yerinə yetirər. Alınan dalğalar əvvəl iç qulağa, oradan da beynə göndərilər. Bu proses  olduqca sürətlə baç verər. Yunus, bu sayədə səs dalğasının toqquşduqu obyektin hərəkət istiqamətini, sürətini və böyüklüyünü detallarıyla təyin edə bilər.

Təkamülçülər, delfinlərdəki sonarın müxtəlif səbəblərlə meydana gələn bir növ dəyişiklik nəticəsində  ortaya çıxdığını iddia edirlər. Bu iddia, bir rəfdə dayanan minlərlə elektronik  parçasının külək ya da zəlzələ kimi səbəblərlə bir yerə gələrək bir sonar dövrəsini meydana gətirdiyini söyləməklə eyni mənada və ən az onun qədər axmaqdır.

Delfinin dalğaları qəbuletmə sistemi o qədər üstündür ki, bir balıq sürüsü içindəki tək bir balığı belə izləyə bilər. Hətta zülmət qaranlıqda suda özündən 3 km. uzaqda dayanan iki ayrı metal pulu bir-birindən ayırt edə bilər.
İndiki vaxtda, gəmilərdə və dənizaltılarda istiqaməti və hədəfi müəyyən etməkdə  SONAR  adı verilən  cihaz istifadə edirlər. Sonarların iş prinsipi, delfinlərin səs dalğalarını istifadə etmə sistemiylə eynidir. ABŞda Yale Üniveritesində kəşf məqsədi ilə istifadə ediləcək bir robot hazırlanmışdır. Robotda, professor və eyni zamanda elektrik mühəndisi olan Roman Kucun delfinlərin sonarını təqlid edərək hazırladığı sonar sistemi istifadə edilmişdir. Bu müvəffəqiyyətinə baxmayaraq 10 ildir səsüstü qəbul edicilər və robot texnologiyası üzərində işləyən professor Kuc təbiətə diqqət çəkərək belə demişdir: 

Sonar istehsalı üçün təbiətə daha yaxından baxmalıyıq, gözdən qaçırdığımız hər hansı bir şey ola bilər.
Biri sizə səs dalğalarının dəniz suyunda saniyədə 1500 m. sürətlə irəlilədiyini söyləsə və belə bir sual soruşsa: İçində olduğunuz bir dənizaltıdan bir gəmiyə göndərilən səs dalğaları 4 saniyə sonra geri gəlirsə gəmi nə qədər uzaqdadır? 
Edəcəyiniz hesablama nəticəsində alacağınlız nəticə, 3 km. olacaq. Delfinlər də bənzər hesablamaları böyük bir rahatlıqla edərlər, ancaq əlbəttə ki delfinlər nə səs dalğalarının sudakı yayılma sürətini, nə vurma  nə də bölmə əməliyyatını  bilmirlər. Bu da bizə, bütün bu əməliyyatların delfinlər tərəfindən edilmədiyini, onların yalnız Allahın özlərinə əmr etdiyi şəkildə hərəkət etdiklərini açıq olaraq göstərər.


Elm adamları və mühəndislərin, təbiətdəki sonar dizaynlarından yola çıxaraq hazıladıqları  bir çox robot vardır. Bunlardan biri də K-Team firmasının istehsal etdiyi robotdur. 6 ədəd  sonar modulunu istifadə edən "koala" adlı bu robot, uzaqdan idarəetmə  ilə idarə edilən kəşf robotu olaraq hazırlanmışdır. 

Ən inkişaf etmiş Sonarların başında, cihazdan gələn məlumatları qəbul edə  biləcək xüsusi təhsil almış operatorlar oturur.. Halbuki təkamülçülərin insandan daha primitiv olduğunu qəbul etdikləri delfinlər, heç bir zaman belə bir operatora ehtiyac duymazlar.

Hiç yorum yok:

Yorum Gönder