Bu Blogda Ara

28 Eylül 2010 Salı

CANLILARDAKI MÜKƏMMƏL MÜDAFİƏ ETMƏ SİSTEMİ---- KAMUFLYAJ

Hər canlı, özünü müdafiə edə biləcəyi fərqli qabiliyyətlərlə birlikdə var edilmişdir. Kimisi çox sürətli və çevikdir; düşmənlərindən qaçaraq xilas olar. Kimisi yerindən tərpənə bilməz, amma möhkəm zirehlərlə təhciz olunmuşdur. Kimisi, özünü ilana bənzədən tırtıl kimi fövqəladə "qorxutma" bacarıqlarına malikdir. Bir qisimi də, ölü təqlidi edə biləcək qabiliyyətdə yaradılmışdır.


Kamuflyaj Allahın yaratdığı kainatda heç bir 'ziddiyyət və uyğunsuzluq ' olmadığını və ONun güc, ağıl və elminin sonsuz olduğunu göstərən nümunələrdən yalnız hissəsidir. Mülk Surəsində Allah kainatdakı qüsursuz uyğunlaşmanı belə ifadə etmişdir:


"Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb  bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!(Mülk Surəsi, 3-4)


Heyvanlardakı müdafiə etmə taktikalarının ən əhəmiyyətlilərindən biri şübhəsiz ki kamuflyajdır. Kamuflyaj edən canlılar yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılan bədən strukturları ilə sanki xüsusi bir qoruma altına alınmışlar. Bu canlıların bədənləri olduqları mühitlə o qədər uyğundur ki, şəkillərinə baxıldığında bəzilərinin bir bitkiyəmi yoxsa bir heyvanamı aid olduğunu anlamaq ya da eyni mühitdə olan heyvanla bitkini bir-birindən ayırt edə bilmək haradasa qeyri-mümkündür. 

Yaşadıqları mühitin rənglərinə görə öz rənglərini dəyişdirən canlılar hər vaxt elm adamlarının diqqətini çəkmişdir. Aparılan araşdırmalar, bir canlının necə olub da özündən tamamilə fərqli quruluşdakı bir canlıya eynilə bənzədiyi sualının cavabını tapa bilinməsi üçündür.... 
Məsələn bağçada gəzərkən yarpaq zənn etdiyiniz üçün üzərinə basmaqdan son anda xilas olduğunuz qurbağanın bu cür naxışlara və rəngə necə sahib olduğunu heç düşünmüş idinizmi? Qurbağanın etdiyi kamuflyaj onun üçün çox əhəmiyyətli bir müdafiə etmə vasitəsidir. Bu sayədə olduğu mühitdə görünməz hala gələn qurbağa düşmənlərindən asanlıqla xilas olmuş olar. 

Çəhrayı bir çiçəyin üzərindəki çəhrayı hörümçək, çiçəkdəki çəhrayı rəngi ilə eyni tonları uyğunlaşdıra bilərkən ,eyni növ hörümçəyin başqa bir üzvü fərqli bir çiçəyin üzərində -məsələn sarı bir çiçəyin üzərində- eyni rəngi ala bilməkdədir. İnsan bir budağa baxıb üzərində heç bir şey yox zənn edərkən birdən bir kəpənək uçub gedə bilər. Bir saniyə əvvəl, üzərindəki qurumuş və qopmuş bölgələrə qədər tam bir yarpaq görünüşündə olan bu kəpənək, kamuflyaj möcüzəsinin qüsursuz bir nümunəsidir.


Canlıların üzərlərində olduqları cisimlərə bənzəməsi düşmənlərinin onları fərq etmələrini önləyər. Əlbəttə kamuflyaj edən canlılar, qorunmaq məqsədiylə bədənlərini yarpağa, bir budağa ya da bir çiçəyə öz-özlərinə bənzətmiş deyildirlər. Hətta onlar bu bənzərliklər sayəsində qorunduqlarının belə fərqində deyildirlər. Amma buna baxmayaraq istisnasız bütün nümunələrdə kamuflyaj çox ustaca edilməkdədir. Çiçəyin rəngiylə eyni olan bir böcək, yarpaq budağı kimi hərəkətsiz dayanan bir ilan, yaş zəminin rəngini alan bir qurbağa qısacası kamuflyaj edən bütün canlılar, kamuflyajın xüsusi olaraq yaradılmış bir müdafiə etmə taktikası olduğunu sübut edən bir dəlildir.
Heç bir canlı belə bir əməliyyatı öz-özünə ya da təsadüfən reallaşdıra bilməz. Əlbəttə ki canlılara kamuflyaj qabiliyyətini verən, rəng dəyişməsini reallaşdıran üstün ağıl sahibi olan Allahdır.





Hiç yorum yok:

Yorum Gönder