Bu Blogda Ara

28 Eylül 2010 Salı

BÖYÜK KAMUFLYAJ USTASI: BUKALEMUN

Kamuflyaj sənətinin ən böyük ustalarından biri şübhəsiz bukalemundur. Bukalemun xüsusilə bu rəng dəyişdirmə qabiliyyətinə görə heyran edicidir. Digər bir çox sürünən də rəng dəyişdirmə qabiliyyətinə sahib olduğu halda, heç biri bunu bukalemun qədər sürətli bacara bilməz. 


Bukalemun istədiyi anda üzərində olduğu zəminin rəngini alar və beləcə özünü gizləyər. Özünü etibarlı hiss etdiyində isə, dərisinə müxtəlif rənglər verərək sanki bir sənət nümayişi etdirər. 




Bukalemunun bu heyran edici  qabiliyyəti, bədənində yaradılan və rəngə həssas xüsusi hüceyrələrə görədir. Bu son dərəcə kompleks hüceyrələr, özlərinə gələn işığa görə pigmentlerini nizamlamaqda, həm də bunu fövqəladə bir sürətdə etməkdədirlər. Bu kompleks quruluş, heç bir təsadüflə açıqlana bilməz. Keçmişdə bir bukalemunun belə bir sistemə ehtiyac duyduğu, sonra bunu düşünüb hazırladığı və öz bədəninə yerləşdirdiyi də iddia edilə bilməz. Bukalemunun rəng dəyişdirmə qabiliyyəti yaradılışın açıq bir dəlilini meydana gətirir. 


Bu nümunələrlə Allah bizə üstün  sənətinin bir nümunəsini göstərməkdədir. Bir Quran ayəsində buyurulduğu kimi, Allah qüsursuzca yaradandır: 




 O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!(Həşr,24)
 



Bukalemunlar ən yaxşı rəng dəyişdirən canlılardandır. Bukalemunun üzərinə qonan bir yarpağın izi bir müddət sonra heyvanın dərisində, üstəlik də eyni rəng və naxışlarla ortaya çıxar. 
Bukalemunlarin bədənləri yanlardan basıqdır. Dilləri boylarının təxminən 1-1,5 qatı uzunluğunda, hərəkətli və yapışqandır. Gözlər müstəqil hərəkət edər, biri yuxarı baxarkən digəri aşağıya baxa bilər. Göz qapaqları qalındır. rkən digəri aşağıya baxa bilər. Göz qapaqları qalındır. Asanlıqla rəng dəyişdirərlər. Dərilərini sarı, yaşıl tonları, qırmızı tonları, şabalıd rəngi və qaraya çevirə bilərlər, xallar, xəttlər meydana gətirə bilərlər. Uzunluqları 8-60 sm. arasında dəyişsə də ümumiyyətlə 30 sm.olurlar . Çox yavaş yeriyəilər. Bukalemunların Afrika, Madaqaskar , Hindistan, Aralıq dənizi sahilləri və İspaniyanın cənubunda yaşayan 80- dən çox növləri vardır. Sevimlilərdir amma bəzən zərər verə bilərlər

Hiç yorum yok:

Yorum Gönder