Bu Blogda Ara

28 Eylül 2010 Salı

KAMUFLYAJ USTASI KƏPƏNƏKLƏR





Kəpənəklərdəki Yalançı Gözlər


Bir çox kəpənəyin üzərində böyük bir canlının gözlərini xatırladan tünd rəngli yumru naxışlar vardır. Qanadların üzərindəki rəngli pulcuqlarlardan meydana gələn bu gözlər kəpənəklərin ən əhəmiyyətli müdafiə etmə mexanizmini meydana gətirərlər. Kəpənəklər istirahət edərkən qanadlarını  bağlı vəziyyətdə  tutarlar, hər hansı bir düşmənlə qarşılaşanda ya da kiçik bir doxunuş nəticəsində qanadlar ani olaraq açılar və qanad zəminindəki iri və tünd rəngli parlaq göz naxışları ortaya çıxar. Bu sayədə düşmənə lazım olan mesaj çatdırılmış olar.


Kəpənəklərin Kamuflyajı
Kəpənəklərin saxta gözlər xaricində kamuflyaj qabiliyyətləri də heyranedicidır. Kamuflyaj edən kəpənəklər  her hansi bir çalının  rəngini görməkdə, təsbitlər edib, bunları analiz etməkdə, çox yaxşı işləyən bir sistemlə bədənlərində çıxardıqları rənglərlə çalının rənginə bürünməkdə, düşməninin zövqlərindən xəbərdar olan başqa bir növsə onun xoşuna gəlməyəcək rənglərə bürünərək xəbərdarlıq mesajları verməkdədir. Daha doğrusu bir kəpənəyin saydığımız bütün bu əməliyyatları etməsi əsla mümkün deyil. Bunu belə bir örnəklə diqqətə çarpanlaşdıra bilərik:


Bir laboratoriya mühitində hər hansı bir rəngi meydana gətirməyə çalışdığınızı düşünün. Bu haqda heç məlumatınız yoxsa, olduğunuz laboratoriya nə qədər inkişaf etmiş alətlərlə ya da imkanlarla dolu olursa-olsun istədiyiniz kimi qəti bir nəticə əldə edə bilməyəcəksiniz. Buraxın kəpənəklərin etdiyi kimi mühitlə eyni rəngi, eyni naxışları meydana gətirib, tamamilə görünməz hala gələcək bir keyfiyyəti tutuşdurmağı, hər hansı anlamlı bir rəng belə meydana gətirə bilməzsiniz. Vəziyyət beləykən kəpənəklərdəki bu böyük sistemin şüurlu bir dizaynın xaricində, təsadüflərlə meydana gəldiyini iddia etmək əlbəttə ki elmilikdən uzaq və ağıldan kənar bir iddia olacaq.


Ortada bir dizayn varsa, onun bir hazırlayıcısı da vardır. Yer üzündəki qüsursuz dizayn Rəhman olan Allaha aiddir. Ağıl sahibi insanlara düşən Allahın yaratması üzərində ətraflı  olaraq düşünməkdir. Allah Nəhl Surəsində belə bildirməkdədir:




(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır!. (Nəhl Surəsi, 13)


İşığı Əmən Qara Xallar


Bəzi kəpənəklərdə xüsusilə qanadların gövdəyə yaxın qisimlərində pulcuqlardan meydana gəlmiş  böyük tünd rəngli xallar vardır. Hər iki qanadda simmetrik olaraq yer alan bu xallar kəpənəklərin uça bilməsi üçün çox əhəmiyyətli bir funksiyaya malikdir. Uçmaq üçün lazımlı olan bədən istiliyinə çata bilmək üçün kəpənəklər bu xallardan faydalanarlar. Necəmi?


Pulcuqlar rənglərinə görə istiliyi maksimum və ya minimum səviyyəyə gətirə bilmə xüsusiyyətinə sahibdirlər. Günəşin altında, sanki müəyyən bir bucağı tutdurmağa çalışırmış kimi qanadlarını açıb bağlayan kəpənəkləri hamımız görmüşük. Bu hərəkəti edərək günəş işığını almağa çalışan kəpənəklərə gövdələrindəki qara xallar köməkçi olar. Gövdəsini istilətməsi lazım olan kəpənək günəş şüalarının bu xallara gəlməsini nizamlayacaq şəkildə qanadlarını açıb bağlayar, beləcə bədənini asanlıqla istilətmiş olar.


Açıq ərazidə günəşin altında qalan kəpənəklərin rəngi digərlərinə görə daha açıqdır, meşəlik ərazidəkilərin rəngi isə daha tünddür.


Lepidoptera kəpənəkləri isə qanadlarında pulcuq olmadığı üçün işığı əks etdirə bilməzlər, buna görə şəffafdırlar. Bu kəpənək növünü uçarkən görə bilmək mümkündür amma bir yerə qonulduğunda demeək olar ki, qeyri-mümkündür. Bu da kəpənək üçün mükəmməl bir qorunma təşkil edir. Bütün canlılarda olduğu kimi kəpənəklər də bütün ehtiyaclarını tam olaraq qarşılaya biləcəkləri sistemlərlə birlikdə yaradılmışlar və bunların hamısı bir-birinə bağlı olan, biri olmazsa o birisi olmaz sistemlərdir.


Kainatdakı hər varlıq kimi kəpənəklər də sahib olduqları detallarla Allah tərəfindən, ehtiyacları olacaq hər cür sistemlə, yaradılmışlar.

Hiç yorum yok:

Yorum Gönder