Bu Blogda Ara

28 Eylül 2010 Salı

CANLILAR...

Yer üzündə var olan bütün canlılar törəmələrindən, qorunmalarına,
bəslənmə şəkillərindən özlərinə tikdikləri yuvalarına  qədər
saysız üstün xüsusiyyətlərlə təchiz edilmişlər. Kimi bir memar kimi yuvasını
tikər, kimi bir kimyagər kimi düşünərək ən ideal istilətməyi təmin edər,
kimi isə gerçək bir kamuflyaj ustasıdır. Bu canlıların həyatları araşdırıldığında
isə, həm fiziki xüsusiyyətlərinin həm də davranışlarının
bir-biriylə və yaşadıqları mühitlə tam bir uyğunlaşma içərisində olduğu görülər


Bu canlıların hər birində çox üstün bir ağılın və çox böyük bir
elmin açıq dəlilləri görülməkdədir. Təbiətin hamısında sərgilənən bu
ağıl və mükəmməl uyğunlaşma, kainatdakı hər şeyin Yaradıcısı olan Allaha
aiddir. Allahın qüsursuz yaradışı bir Quran ayəsində belə bildirilir:


O,  yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar  ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!(Həşr Surəsi, 24)


Ağıl və vicdan sahibi hər insan Allahın yaratdığı hər canlıda
Allahın ağılının, gücünün və elminin əks olunmalarını görəcək və beləliklə
Allahın sonsuz elmini və sonsuz gücünü daha yaxşı təqdir edə biləcək.
Allah bir ayədə kainatda yaratdığı varlıqlardan bəzilərini
ifadə etdikdən sonra bunların hər birini Rəbbinə tərəf dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.  (Qaf Surəsi, 8)



Kainatdakı qüsursuz nizamın, bitkilərdəki və heyvanlardakı
bənzərsiz sistemlərin, dənizlərdə var
olan canlıların, göydə uçan quşlarınn qısacası her şeyin
çox əhəmiyyətli yaradılış səbəbi vardır. Onlar bizə,onları yaradan Allahı tanıtdıran dəlillərdir Allah bütün yaratdıqlarnı, düşünmemiz və bunun nəticəsində
də Özünü tanımamız, ONun ucalığını və üstün gücünü dərk etməyimiz üçün yaratmışdr.

Hiç yorum yok:

Yorum Gönder