Bu Blogda Ara

28 Eylül 2010 Salı

CANLILARDALKI MÖHTƏŞƏM BİRLİK

Canlıların təhlükə halında bir yerə yığılmalarını özbaşlarına reallaşdırdıqlarını söyləmək ağıl sahibi bir insan üçün mümkün deyil. Bu canlıların hər birinə sahib olduqları qabiliyyətləri verən və necə davranacaqlarını ilham yoluyla öyrədən Allahdır.

Heyvanların birlik halında yaşamaqlarının  ən böyük üstünlüklərdən biri, təhlükələrə qarşı daha çox qorunma təmin edilməsidir. Çünki birlik içində yaşayan heyvanlardan hər hansı biri təhlükəni sezdiyində səssizcə hadisə yerindən qaçmaq yerinə var gücüylə ətrafındakı digər heyvanları da xəbərdar edər. Hər bir canlı növünün özünə xas bir xəbərdarlıq  üsulu  vardır. Məsələn dovşanlar  bəzi marallar təhlükəni sezdiyində ətrafındakı heyvanları xəbərdar etmək üçün dovşanlar quyruqlarını dikəldər,ceyranlar isə  maraqlı bir tullanma hərəkəti edərlər.

Bir çox kiçik quş, düşmənlərini fərq etdiyində dərhal ötərək həyəcan verər. Sarı asma quşu kimi növlər həyəcan verərkən dar tezlik aralığı olan və yüksək pərdədən bir səs çıxardır. İnsan qulağı bunu incə bir fit kimi qəbul edər. Bu səsin ən əhəmiyyətli xüsusiyyəti isə qaynağının istiqamətinin aydın olmamasıdır. Bu, sürüsünü xəbərdar edən quş üçün əhəmiyyətli bir üstünlükdür. Çünki quş əslində düşməni gördüyündə qışqıraraq bütün diqqəti üzərinə çəkməyi gözə alar,amma səsin istiqaməti müəyyən olmadığı üçün təhlükə nisbətən azalmaqdadır.

Kaloniyalar halında yaşayan böcəklərdə də, təhlükəni ilk sezən böcək bütün kaloniyanı xəbərdar edər. Ancaq təhlükəni xəbər verən böcəyin ifraz etdiyi həyəcan qoxusu düşmənin də diqqətini çəkər. Bu səbəbdən kaloniyasını təhlükəyə qarşı xəbərdar edən böcək ölümü də gözə almış olar.



Çayır itləri(prairie dog) böyük kaloniyalar halında yaşar. Sanki bir şəhər halına çevrilmiş olan yuvaları, təxminən 30 heyvanın yaşadığı hissələrə ayrılmışdır. Bu şəhərdəki heyvanların bütünü bir-birini tanıyar. Hər vaxt tunel xaricində və girişlərdə olan təpəciklərin üzərində hər istiqaməti görə biləcək təzrdə arxa ayaqları üzərində dikilmiş keşik tutan heyvanlar olar. Növbətçilərdən biri bir düşmən görsə, fit şəklində bir növ hürmə səsi çıxarar. Bu xəbərdarlıq, digər növbətçilər tərəfindən təkrarlanar və xəbərdarlıq, bütün şəhər tərəfindən eşidilərək həyəcan halına keçilməsini təmin edər.

Burada əvvəlcə diqqət çəkilməsi lazım olan bir məqam  vardır. Canlıların bir-birlərini fədakar cəhdlərlə xəbərdar etməsi əlbəttə düşündürücüdür, ancaq daha da əhəmiyyətlisi bu heyvanların hər birinin bir-birlərini "başa düşür" olmasıdır. Yuxarıda danışdığımız canlılardan biri, məsələn dovşan quyruğunu havaya qaldırdığı zaman, ətrafındakı digər canlılar onun bir təhlükə siqnalı verdiyini dərhal qavrayar və buna görə tədbir alarlar.


Oradan uzaqlaşmaları lazımdırsa uzaqlaşar,gizlənmələri lazımdırsa gizlənərlər. Burada düşünülməsi lazım olan şey budur: Bu heyvanlar bu işarəni gördüklərində qaçmaları lazım olduğunu anlayırlarsa, bu heyvanların daha əvvəldən bunu öz aralarında danışaraq qərarlaşdırmaları lazımdır ki, tək əmrdə dərhal tətbiq edə bilsinlər.

Burada göz ardı edilə bilməyəcək dərəcədə şüurlu davranışlar əsasdır. Bunun tək şərhi canlılara etdikləri bu ağıllı davranışları öyrədənin və tətbiq etdirənin, hər şeyin yaradıcısı olan, yaratdıqlarını qoruyub saxlayan, sonsuz şəfqət və mərhəmət sahibi olan Allah olduğudur.

Canlılar Təhlükələrlə Birlikdə mübarizə apararlar....

Sürü halında yaşayan bir çox heyvan növü təhlükə anında bir-birlərini xəbərdar etməklə yanaşı təhlükəyə qarşı da birlikdə  mübarizə apararlar. Məsələn kiçik quşların bölgələrinə  bayquş kimi yırtıcı quşlar  girdiyində topluca bu heyvanların ətrafını sararlar. Bu vaxt ətrafdakı digər quşları da bölgəyə çəkmək üçün xüsusi bir səs çıxardırlar. Kiçik quşların topluca göstərdikləri hərəkətlər, yırtıcı quşları ümumiyyətlə bölgədən uzaqlaşdırar.

Bir yerdə uçan bir quş sürüsü də eyni üsulla bütün sürü üzvləri üçün bir qoruma təmin edər. Məsələn sürü halında uçan sığırcınlar aralarında geniş bir məsafə buraxaraq uçarlar. Ancaq bir falcon gördüklərində aralarındakı boşluqları bağlayarlar. Beləliklə falconun  sürünün arasına girməsini çətinləşdirərlər, qaldı ki,falcon  bunu etsə belə müvəffəqiyyətli ola bilməz, qanadlarını şikəst edər və ovlana bilməz.

Ümumiyyətlə bir zebra sürüsü hücuma uğradığında sürünün lideri olan zebr geridə qalar və dişilər ilə taylar qabaqda qaçar.Erkək zebra arxada zigzaglar çəkərək qaçar, , hətta geri dönüb təcavüzkar heyvanları qovduğu belə olar.

Çöl camışları da  təcavüzkarla qarşılaşdıqlarında qaçmaq yerinə özlərinə bir təhlükəsizlik  çəmbəri qurarlar. Bütün qrup üzvləri düşmənə arxalarını dönmədən geri-geri gedərək bir dairə halına gəlirlər. Balalar bu dairənin mərkəzindədir və analarının uzun tüklərinin altında gizlənərlər. Böyüklər  balaların ətrafını sararaq onları qoruyarlar. Təcavüzkarların üzərinə atılan bir  şöl camışları hücumdan sonra balaları qoruyan dairənin dağılmaması üçün yerinə geri dönər.

Əlbəttə canlıların bu iş birliklərini öz iradələriylə reallaşdırdıqlarını söyləmək ağıl sahibi bir insan üçün mümkün deyil. Bu gerçəklər qarşısında varılması  lazım olan nəticə budur: Təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi bir Yaradıcının əsəridir. O Yaradıcı bütün canlıları, insanları, heyvanları, böcəkləri, bitkiləri, canlı- cansız bütün varlıqları yaradan Allahdır. O, üstün bir qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir. İnsana düşən isə, Allahın ayələri üzərində haqqıyla düşünməkdir. Ayələrdə belə buyurulmaqdadır:

 Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!
 Göylərdə və yerdə böyüklük Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!(Casiyə Surəsi, 36-37)

Hiç yorum yok:

Yorum Gönder