Bu Blogda Ara

15 Ekim 2010 Cuma

YARASADAKI ÜSTÜN DİZAYN, YOLLARIMIZI NECƏ DAHA ETİBARLI EDƏCƏYİMİZİ ÖYRƏDİR






Ekolokasyon,yarasa, yunus və balina kimi bəzi məməlilərin istifadə etdiyi bioloji sonardır. Terminin adı, ekolokasyonun yarasalardakı varlığını sübut edən Donald Griffindir.
Ekolokasyon heyvanın çıxartdığı səsi istifadə edən bir aktiv sonar kimi işləyər. Uzaqlıq səsin çıxdığı anla əks-sədanın geri dönüşü arasında keçən zamanla müəyyən olunar. Ekolokasyon edən heyvanların iki qulağı bir-birindən yüngülcə uzaqdadır. Buna görə əks-səda, obyektin mövqesinə görə iki qulağa fərqli zamanlarda və fərqli şiddətlərdə çatar. Müddət və şiddət fərqi heyvan tərəfindən obyektin mövqesini təyin etmək üçün istifadə edilər. Ekolokasyonla heyvan yalnız uzaqlığı deyil forma və böyüklüyü də təyin edə bilər.


Edinburgh Universitetindəki araşdırmacılar bir yarasa kimi ekolokasyon ilə yolunu tapa biləcək ağıllı qulaqlara sahib bir robot üzərində işlədilər. Universitetin enformatik hissəsindən Jose Carmena və iş yoldaşları hazırladıqları  bu robota "RoBat" adını verdilər. RoBata eynilə ağız funksiyası yerinə yetirən bir səs qaynağı və iki sabit səs qəbul edicisi qoyuldu. Daha sonra robotun ağızı eynilə yarasadakı kimi əks-səda çıxaracaq  səs dalğalarını (exolar) yaymaq üçün hazırlandı.




RoBatın dizaynında, exoları ən yaxşı tərzdə  istifadə etmək üçün yarasanın başqa xüsusiyyətləri də diqqətə  alındı. Yarasalar əks etdirilən səs dalğalarının tezlik aralığını müəyyən etmək üçün qulaqlarını oynadır və bu tərzdə qarşısındakı  maneələri rahatlıqla aşıb, ovlarını tapıb tuturlar. RoBat da, yarasadakı kimi qüsursuz bir mexanizmə sahib olması üçün səs üstü qəbul edicilərlə təchiz edildi.


Təbiətdən ilham alınaraq hazırlanan bu tip səs qəbul ediciləri sayəsində bir gün yolların daha etibarlı hala gələcəyi düşünülür: 74


Necə ki, Mersedes, BMW kimi avtomobil istehsalçıları, geri viteste fəaliyyətə keçən səs üstü qəbul edicilər istifadə etməkdədirlər. Şofer, bu qəbul edicilər sayəsində arxasında dayanan avtomobil ya da cisimə nə qədər yaxınlaşdığını öyrənə bilməkdədir.

Hiç yorum yok:

Yorum Gönder